Ötən gün 7 nəfər toya buraxılmadı | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün 7 nəfər toya buraxılmadı

Qafar Ağayev09:19 - 08 / 02 / 2022
Ötən gün 7 nəfər toya buraxılmadı

Fevral 7-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 69 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, monitorinqlər şadlıq saraylarında keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib.

7 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Paylaş:
341

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər