Bakıda yol kənarındakı ağac yoxa çıxıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda yol kənarındakı ağac yoxa çıxıb - FOTO

S.Xankişiyeva13:57 - 09 / 02 / 2022
Bakıda yol kənarındakı ağac yoxa çıxıb - FOTO

Bakının Azadlıq prospektində “Azadlıq Bağçalı evlər” adlı yaşayış kompleksinin hasarlanmış ərazisinin kənarındakı səkidə ağac kəsilib.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bununla bağlı sosial şəbəkədə görüntülər paylaşılıb.

Paylaşımlarda qeyd olunub ki, həmin ərazidə səkidə olan ağaclar ilk olaraq budanır, müəyyən müddətdən sonra isə tamamilə ərazidən götürülür.

Paylaşılan fotolarda ərazidə olan səkidə daha bir neçə ağacın da budandığı əks olunub.

Məsələ ilə bağlı əlaqədar qurumun rəsmi açıqlama verəcəyi gözlənilir.

Paylaş:
489

Son xəbərlər

Bütün xəbərlər