9 fevrala olan vaksinasiya statistikası açıqlandı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

9 fevrala olan vaksinasiya statistikası açıqlandı - FOTO

Qafar Ağayev15:54 - 09 / 02 / 2022
9 fevrala olan vaksinasiya statistikası açıqlandı - FOTO

Azərbaycanda son sutkada 44 505 nəfər vaksinasiya olunub.

1news.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 438 nəfər təşkil edib, ikinci mərhələ üzrə isə vaksinasiya olunanların sayı 2 165-dir.

Ölkədə buster doza üzrə vaksinlərin sayına gəlincə, bu göstərici 38 902-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 306 245, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 255 473, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 756 764 nəfər təşkil edir. Ümumilikdə isə 2 294 008 buster doza vurulub.

Paylaş:
482

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər