Bakı yollarında sıxlığın azalmasının səbəbləri – Yol polisinin tədbirləri yoxsa, məktəblərdə distant təhsil? | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı yollarında sıxlığın azalmasının səbəbləri – Yol polisinin tədbirləri yoxsa, məktəblərdə distant təhsil?

Qafar Ağayev09:39 - 09 / 02 / 2022
Bakı yollarında sıxlığın azalmasının səbəbləri – Yol polisinin tədbirləri yoxsa, məktəblərdə distant təhsil?

Son zamanlar paytaxt küçələrində hər zaman müşahidə olunan avtomobil sıxlığı müşahidə olunmur.

Bu sıxlığın müşahidə olunmamasının bir çox səbəbi var. Bu səbəblərdən biri də koronavirus pandemiyası ilə bağlıdır. Belə ki, hazırda Azərbaycanda 47649 aktiv COVID-19 xəstəsi var. Nəzərə alsaq ki, bu xəstələrin içərisində şəxsi avtomobildən, taksidən istifadə edənlər var, bunun da avtomobil sıxlığınının azalmasında müəyyən qədər təsiri var. Bununla yanaşı Bakıda bəzi məktəblərin distant təhsilə keçməsi və yol polisinin xidmətləri də sıxlığın azalmasına təsir edir. Bəs görəsən yol polisi Bakıda sıxlığın qarşısını almaq üçün hansı addımlar atır? Hazırda neçə məktəb distant təhsilə keçib?

1news.az bununla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Bakı Şəhər Dövlət Yol Polisi idarəsindən münasibət öyrənib.

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib ki, yolun hərəkət istiqamətinin gündəlik boşaldılması, dayanma-durma tələblərinə düzgün əməl olunduqda yollarda sıxlıq az olur.

“Bu hallarda yollarda hərəkətin keçiriciliyinə səbəb olan əsas məsələ dayanma-durmanın düzgün icra olunmasıdır. Həm dayanma Dayanma-durma ilə bağlı aparılan təbliğat işi, həm də bu istiqamətdə vətəndaşların məsələlərə münasibətinin düzgün şəkildə formalaşdırılması yollarda ümumi keçiriciliyə təsir edən amillərdəndir.

Günün pik saatlarında şəhərin əsasən mərkəzi küçə və prospektlərində olan təbii sıxlıq başa düşüləndir. Şəhərdə sıxlıq eyni dinamikada qalır, sadəcə olaraq şəhərin küçə və prospektlərində dayanma-durma tədbirləri ilə bağlı mütəmadi nəzarət var, bu da istər-istəməz məsələyə öz müsbət təsirini göstərir.

A.Əsgərli bildirib ki, övladını məktəbdən gətirən və götürən valideynlərin parklanma ilə bağlı qaydaları pozması ən böyük problemlərdəndir.

“Bununla bağlı valideynlərə dəfələrlə müraciət etmişik, məktəblərin qarşısında parklanma etməsinlər. Şəhərin mərkəzi küçələrində yerləşləşən məktəblərin qarşısında belə hallar çoxdur”.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov bildirib ki, hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 12 ümumi təhsil müəssisəsində dərslər distant formada davam edir.

“Belə ki, paytaxtdakı 26, 274, 177, 212, 184, 149, 188, 320, 175, 157 nömrəli tam orta məktəblər, 287 nömrəli Zəkalar liseyi və 20 nömrəli məktəb-liseydə COVID-19 infeksiyasına yoluxma və qarşılıqlı təmas halları ilə bağlı Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən əyani tədris prosesi distant təhsillə əvəz olunub. Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır”.

Paylaş:
1418

Son xəbərlər

MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01BMT “ASAN xidmət”i 4 qitədə təşviq edəcəkBu gün, 10:00Ölkə ərazisindəki bəzi çaylarda sululuq artıbBu gün, 09:46AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirimBu gün, 09:39AMB 26 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:21Bakının sıxlıq olan küçə və prospektləri - SİYAHIBu gün, 09:18Prezident İlham Əliyev Donald Trampa zəng edibBu gün, 09:16Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10
Bütün xəbərlər