Bərdədə şadlıq evinin icarədarı həbs edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Bərdədə şadlıq evinin icarədarı həbs edildi

Qafar Ağayev10:22 - 09 / 02 / 2022
Bərdədə şadlıq evinin icarədarı həbs edildi

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində yerləşən şadlıq sarayında karantin rejiminin tələblərinin pozulduğu toy məclisi müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan 1news.az-a verilən məlumata görə, yoxlamalar zamanı rayonun Hacıallı kəndində yerləşən “Atabəy” şadlıq sarayında keçirilən toy məclisində karantin qaydalarının pozulduğu aşkar edilib.

Qayda pozuntusu ilə əlaqədar restorana cavabdeh olan Təbriz Əlizadə barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, 8 gün müddətinə inzibati qaydada həbs edilib.

Paylaş:
392

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər