Kanalizasiya xətti yoxdur, ancaq pul yığılır - VİDEO

Sumqayıtda 400-ə yaxın sakinin yaşadığı ərazidə kanalizasiya sistemi yoxdur. Baxmayaraq ki, ərazinin təxminən 100 metrliyində yerləşən Şirvan yaşayış masssivində kanalizasiaya xətti var, ancaq onlar bundan yararlana bilmirlər.
İşin qəribə tərəfi isə budur ki, aidiyyatı qurum illərdir ki, olmayan kanalizasiya xəttinə görə sakinlərdən ödəniş yığır.
Sumqayıtda 400 ə yaxın sakinin yaşadığı küçədə kanalizasiya xətti yoxdur. Söhbət Hacı Zeynalabdin qəsəbəsi Əliağa Vahid küçəsindən gedir.
Ərazidə yaşayan vətəndaşlar kanalizasiya xətinin olmadığından şikayətçədilər. Bəzi vətəndaşlar həyətlərində kanalizasiya əvəzinə quyu qazır. Lakin yağış yağdıqda evləri, həyətləri su basır və ən pis tərəfi odur ki, ərazidə yaşanan mənzərə ətrafa üfunət yayır. Baxmayaraq ki, küçənin təxminən 100 metrliyində yerləşən Şirvan Yaşayış masssivində kanalizasiya xətti var, ancaq onlar bundan yararlana bilmirlər. 400 ə yaxın sakin hazırda çarəsiz qalıb. Ancaq aidiyyətı qurum illərdir onlardan tullantı sularına görə pul alır.
Məsələ ilə bağlı Azərsu ASC-nin Sumqayıt su kanal idarəsindən isə bildirildi ki, həmin küçədə mərkəzləşmiş kanalizaiaya xətti yoxdur. Orada sakinlər əsasən şəxsi şambolardan istifgadə edirlər. Ona görə onlardan pul yığıla bilməz.
Sumqayıt su akanal idarəsindən o da bildirildi ki, qəsəbənin Əliağa Vahid küçəsində kanalizasiya xəttinin yaradılması isə layihəyə salınıb. Yaxın gələcəkdə orada xəttin çəkilməsi planlaşdırılır.
Xəzər tv-nin hazırladığı videomaterialı təqdim edirik:
1news.az