Zakir Həsənov Kəlbəcərdə yeni hərbi infrastruktur açılışında iştirak edib - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Zakir Həsənov Kəlbəcərdə yeni hərbi infrastruktur açılışında iştirak edib - FOTO - VİDEO

Qafar Ağayev17:39 - 10 / 02 / 2022
Zakir Həsənov Kəlbəcərdə yeni hərbi infrastruktur açılışında iştirak edib - FOTO - VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində yüksək dağlıq ərazilərdə xidmət aparan hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlər davam etdirilir.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, Kəlbəcər rayonunda səfərdə olan Müdafiə Nazirliyinin rəhbərliyi yeni inşa olunan hərbi infrastrukturun açılışında iştirak edib.

Hərbi qulluqçular üçün yaradılan şəraitlə tanış olan general-polkovnik Zakir Həsənova məruzə olunub ki, burada şəxsi heyət üçün lazımi şərait yaradılıb. İnfrastruktur bütün zəruri ehtiyacları təmin etmək məqsədilə müasir avadanlıq, mebel və inventarlarla təchiz olunub. Burada silah otağı, yataqxana, yeməkxana, mətbəx, tibb məntəqəsi, əşya anbarları, məişət otağı, hamam-sanitar qovşağı və ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar mövcuddur. Bina işıq, su və kommunikasiya xətləri, o cümlədən mərkəzi istilik və yanğın əleyhinə siqnalizasiya sistemləri ilə təchiz edilib. İqlim şəraitinin daha sərt olması nəzərə alınaraq yataqxanalarda əlavə olaraq müasir odun sobaları da quraşdırılıb.

Yeməkxana ilə tanışlıq zamanı müdafiə nazirinə məruzə olunub ki, burada müasir avadanlıqla tam təchiz edilən mətbəx, ərzaq anbarları, eləcə də hərbi qulluqçuların isti yeməklə təminatına cavabdeh personal üçün ayrıca istirahət otağı mövcuddur. Həmçinin yeməkxanada müasir çörəkbişirmə avadanlığı quraşdırılıb. Şəxsi heyət daim təzə çörəklə təmin edilir. Yeməkxanada sanitar-gigiyenik qaydalara tam riayət olunur.

Sonra Müdafiə Nazirliyin rəhbər heyəti hərbi obyektin avtomobil parkını da ziyarət edib. Park ilə tanışlıq zamanı çətin relyefli və qarlı ərazilərdə şəxsi heyətin, o cümlədən yüklərin fasiləsiz daşınmasının təmin edilməsi məqsədilə yeni istifadəyə verilən tırtıllı və xizəkli texnikalar haqqında məlumat verilib.

Döyüş hazırlığı planına uyğun keçirilən məşğələlərin gedişatı ilə maraqlanan general-polkovnik Z.Həsənova məruzə edilib ki, qar üzərində yerimək üçün xüsusi fərdi avadanlıqlar və silahlanmaya yeni qəbul edilən xüsusi texnikanın gücü ilə bölmələrin çevik və təhlükəsiz hərəkəti təmin edilib.

Müdafiə naziri hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması, eləcə də döyüş növbətçiliyinin daim yüksək səviyyədə aparılması barədə müvafiq tapşırıqlar verib.

Paylaş:
599

Son xəbərlər

Bakıda Orta Dəhliz ölkələrinin vahid assosiasiyasının yaradılması müzakirə olunduBu gün, 16:40Bakının Ələsgər Qayıbov küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaqBu gün, 16:27Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olubBu gün, 16:21QAİ ABŞ Konqresində keçirilmiş dinləmələrdə ölkəmizin əleyhinə səsləndirilən ittihamlarla bağlı bəyanat yaydıBu gün, 15:58“İnstagram”da qumarla kibercinayətkarlıq edən şəbəkə ifşa olunub, 9 nəfər tutulub - FOTOBu gün, 15:33Prezident Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 2Bu gün, 15:22Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanın Dövlət Suverenliyi gününü təbrik edibBu gün, 15:08Bakıda azyaşlıya qarşı zorakılıq edən şəxs işdən çıxarıldı - VİDEOBu gün, 14:58Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Rüstəmovla vida mərasimi keçirilibBu gün, 14:55Səhiyyə Nazirliyi Zəngilanda ağciyər xəstəliklərinin erkən aşkarlanması ilə bağlı tibbi baxışlar keçiribBu gün, 14:34Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Səfəralı Səfərov dəfn edilibBu gün, 14:25Sükan arxasında yuxusuzluq növbəti dəfə faciəvi sonluqla bitdiBu gün, 14:23Cahit Bağçı Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edibBu gün, 14:01Xəzərdə balıq ovu qaydalarını pozan şəxslər saxlanılıbBu gün, 13:45Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdürBu gün, 13:31Mədəniyyət Nazirliyində türkiyəli kino təhsili mütəxəssisləri ilə görüş keçirilibBu gün, 13:29Nazirlik Qarabağ Universitetinin tələbə yataqxanasının görüntülərini yayıbBu gün, 13:27Ağdamın yenidən qurulan Eyvazxanbəyli kəndinin layihə görüntüləri yayılıbBu gün, 13:19Payızda Heydər Əliyev Beynəlxalq Aeroportundən 80-dən çox istiqamətə səyahət imkanıBu gün, 13:01Yay tətili zamanı Bakıda hansı küçələr təmir edilib? - AAYDA açıqladıBu gün, 12:54
Bütün xəbərlər