Baktelecom-dan güzəştli qoşulma və sərfəli kampaniya təklifləri – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Baktelecom-dan güzəştli qoşulma və sərfəli kampaniya təklifləri – FOTO

S.Xankişiyeva10:05 - 10 / 02 / 2022
Baktelecom-dan güzəştli qoşulma və sərfəli kampaniya təklifləri – FOTO

Baktelecom Optik və ADSL internet istifadəçilərini yüksəksürətli xidmətlərlə təmin edən yeni kampaniyalara başlayıb.

12 aylıq güzəştli şərtlərlə yüksəksürətli internet

Müraciətçilərə 100 Mbit/s-ə qədər qoşulma sürəti ilə optik internet və telefoniya xidmətləri yeni şərtlərlə təqdim edilir. Artıq 12 aylıq müqavilə əsasında istifadəçilər 30 AZN çəkiliş rüsumu ödəmirlər. Beləliklə, pulsuz qoşulma ilə yanaşı müştərilərə genişzolaqlı xidmətləri dəstəkləyən və sürəti stabil ötürən modemlər hədiyyə edilir https://baktelecom.az/qoshulma-shertleri

Optik internet imkanını onlayn yoxla, xidməti qapına gətirək

Əlavə olaraq, baktelecom.az saytında genişzolaqlı xidmətlərin əhatə dairəsini onlayn yoxlama funksiyası aktiv edilib. Paytaxt sakinləri bu bölmə https://baktelecom.az/qoshulmani-yoxla vasitəsi ilə ünvan və ya telefon nömrəsi əsasında rahatlıqla optik xidmət imkanını yoxlaya bilərlər.

Baktelecom bir müddətdir ki, müraciətçiləri üçün optik xidmətlərə qoşulmanı onlayn şəkildə təşkil edib. Artıq məsafə qət etmədən baktelecom.az saytında “onlayn qoşulma” https://baktelecom.az/yeni-qoshulma bölməsində telekommunikasiya xidmətləri ünvana sifariş edilir.

Baktelecom daha çox sakinin sürətli internetə çıxışını təmin etmək üçün hazırda genişzolaqlı şəbəkəsini genişləndirir. Bakı şəhəri və ətraf qəsəbələrdə 300 min istifadəçi tutumlu optik inrastruktur üzərindən 150 000 mənzilə keyfiyyətli xidmət göstərilir. GPON (Gigabyte Passive Optical Network) texnologiyası əsasında tikilən şəbəkə tam sabit sürətə zəmanət verir, telefon, internet və televiziya xidmətlərini bir xətt üzərindən ötürməyə imkan yaradır.

Gələcəkdə daha çox müraciətçinin keyfiyyətli rabitə xidmətləri ilə təminatı üçün optik infrastrukturun əhatə dairəsi sürətlə genişləndirilir.

Eyni qiymətə daha çox sürət

Baktelecom minimal tarif paketinə qoşulan ADSL istifadəçilərini sürətli internetlə təmin etmək üçün mart ayına qədər kampaniya keçirir.

Kampaniyaya qoşulan 1 və 2 mbit/s internet istifadəçiləri 3 ay ərzində eyni məbləği ödəməklə 4 qat sürət əldə edəcəklər.

Onlayn müraciət əsasında https://baktelecom.az/onlayn-adsl-kampaniya sərfəli şərtləri qəbul edən müştərilərə internet xidməti may ayına qədər minimum qiymətə təqdim olunacaq.

Beləliklə, daha çox sürət distant təhsil və ya iş prosesinin, eləcə də digər onlayn əməliyyatların rahat icrasına imkan yaradacaq.

Baktelecom xidmət keyfiyyətinin və müştəri məmnuniyyətinin artırılması istiqamətində yeniliklərini davam etdirəcək.

Reklam hüququnda

Paylaş:
565

Son xəbərlər

“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!Bu gün, 12:55Sabahın hava proqnozuBu gün, 12:40Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 12:36Qazaxda əmək hüquqlarını pozan şirkət 20 min manat cərimələndiBu gün, 12:26FHN Tovuzda qazdoldurma məntəqələrinin istismarını dayandırıb - FOTOBu gün, 12:13Əli Əsədov Efiopiya Baş nazirinin müavini ilə görüşübBu gün, 12:01Bakıda itkin düşən iki nəfər tapılıbBu gün, 11:59Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublarBu gün, 11:43FHN: Ötən sutka 14 yanğına çıxış olubBu gün, 11:37Küçələrdə dilənçilik edən 342 uşaq aşkarlanıbBu gün, 11:25Belarus Prezidenti Füzuli rayonuna səfər edibBu gün, 11:23Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşübBu gün, 11:15Azərbaycan Bəstəkarlar İttifaqının və MHUİB-nin üzvü, bəstəkar İlham Azmanlının 60 illiyi qeyd olundu - FOTOBu gün, 11:04Axtarışda olan şəxs hava limanında saxlanılıbBu gün, 10:52Bakıda qadın əri və oğlu tərəfindən döyülübBu gün, 10:48Dünya fond bazarlarının əsas indeks göstəriciləriBu gün, 10:36Keçən il sosial şəbəkələr vasitəsilə insan alverinin qurbanına çevrilən insanların sayı açıqlanıbBu gün, 10:28Ötən il 47 nəfər əmək müqaviləsi olmadan tikintidə işə cəlb edilibBu gün, 10:23Azərbaycanda ötən il 293 erkən evliliyin qarşısı alınıbBu gün, 10:14Azərbaycanda insan alveri qurbanlarının ən çox olduğu şəhər və rayonlar məlum olub - SİYAHIBu gün, 10:03
Bütün xəbərlər