Küçədə məktəbli qıza şillə vuran şəxs tutuldu - VİDEO - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Küçədə məktəbli qıza şillə vuran şəxs tutuldu - VİDEO - FOTO

1news Redaksiyası10:34 - 11 / 02 / 2022
Küçədə məktəbli qıza şillə vuran şəxs tutuldu - VİDEO - FOTO

Bakıda küçədə gedərkən məktəbli qıza şillə vuran şəxs saxlanılıb.

1news.az "Qafqazinfo"ya istinadən bildirir ki, araşdırmalar zamanı hadisəni törətməkdə şübhəli bilinən şəxsin Yasamal rayon sakini Əhməd Hüseynov olduğu müəyyənləşib. Polis bölməsində izahatı alınan Ə.Hüseynov əməlindən peşman olduğunu, yeniyetmədən və valideynlərindən üzr istədiyini bildirib.

Araşdırma zamanı məlum olub ki, o, eyni əməli bir neçə başqa qıza qarşı da törədib.

Xatırladaq ki, hadisə fevralın 5-də "İnşaatçılar" metrostansiyasının çıxışında baş verib. Atasının bildirdiyinə görə, sifətindən şillənin təsirindən qız ağzından və burnundan xəsarət alıb, qan açılıb.

1news.az

Paylaş:
1362

Son xəbərlər

Türkiyədə zəlzələ olub

09 / 11 / 2026, 17:23

Yaponiyada zəlzələ olub

09 / 11 / 2026, 13:45
Bütün xəbərlər