Bakıda təcili yardım maşını aşıb, xəsarət alan var - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda təcili yardım maşını aşıb, xəsarət alan var - VİDEO

S.Xankişiyeva13:30 - 12 / 02 / 2022
Bakıda təcili yardım maşını aşıb, xəsarət alan var - VİDEO

Bakıda təcili yardım avtomobilinin aşması nəticəsində bir nəfər xəsarət alıb.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, hadisə Səbail rayonu ərazisində qeydə alınıb. Hərəkətdə olan təcili tibbi yardım avtomobilinin aşması nəticəsində sürücü baş nahiyəsindən xəsarət alıb.

Hadisə yerinə Dövlət Yol Polisi İdarəsi və Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Qurum rəsmisi qeyd edib ki, hadisə zamanı sürücü avtomobildə tək olub.

Paylaş:
556

Son xəbərlər

Bütün xəbərlər