Bakıda evdə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda evdə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

S.Xankişiyeva17:11 - 12 / 02 / 2022
Bakıda evdə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

Bakı şəhərinin Nizami rayonunda üçmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə FHN-dən bildirilib.

Əlavə məlumat veriləcək.

16:10

Bakıda üçmərtəbəli ev yanır.

1news.az-ın verdiyi xəbərə görə, bu barədəFövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə paytaxtın Nizami rayonunda üçmərtəbəli fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub.

Məlumat qəbul ediləndən dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Paylaş:
875

Son xəbərlər

Bütün xəbərlər