Bakıda məktəbli qızlara qarşı seksual hərəkətlər edən taksi sürücüsü saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda məktəbli qızlara qarşı seksual hərəkətlər edən taksi sürücüsü saxlanılıb

S.Xankişiyeva12:07 - 12 / 02 / 2022
Bakıda məktəbli qızlara qarşı seksual hərəkətlər edən taksi sürücüsü saxlanılıb

Bakıda 3 məktəbli qıza seksual hərəkətlər edən taksi sürücüsü saxlanılıb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan müraciət əsasında apardıqları araşdırmalarla “KİA” markalı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olan Şağan qəsəbə sakini E.Camalovun 2021-ci ilin fevral ayından cari il fevral ayının 11-dək olan müddətdə avtomobilində sərnişin kimi apardığı həmyerliləri olan 3 məktəbli qıza qarşı seksual xarakterli hərəkətlər etməsinə əsaslı şübhələr müəyyən edilib.

E.Camalov polis əməkdaşları tərəfindən saxlanılılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 150-ci maddəsi ilə (Seksual xarakterli zorakılıq hərəkətləri) cinayət işi başlanılılıb.

Zəruri istintaq-əməliyyat tədbirləri aparılır.

Mövzu ilə əlaqədar oxuyun:

Qadın sərnişinlərə əxlaqsız təklif edən taksi sürücüləri ilə bağlı araşdırmalara başlanıldı

Bakıda xanım sərnişinə çay içmək təklif edən taksi sürücüsü saxlanıldı - VİDEO

Bolt dondurma hadisəsinə reaksiya verib – VİDEO

Paylaş:
800

Son xəbərlər

Bütün xəbərlər