Məhkumu döyüb ayağına taxılmış bilərziyi götürdülər - TƏFƏRRÜAT
Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə fevralın 15-də Bakı şəhər sakini, Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə məhkum edilmiş B.Zeynalovun 2 nəfər tərəfindən döyülməsi və Ədliyyə Nazirliyi tərəfindən ayağına taxılmış bilərziyin alınaraq qaytarması müqabilində pul tələb edilməsi barədə məlumat daxil olub.
DİN mətbuat xidmətindən 1news.az-a veriln məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Şamaxı rayon sakinləri İ.Qaçayev və əvvəllər də soyğunçuluq və quldurluğa görə məhkum olunmuş S.Məmmədov müəyyən edilərək saxlanılmışlar.
Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.