Qaradağlı faciəsinin 30-cu ildönümü qeyd edilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qaradağlı faciəsinin 30-cu ildönümü qeyd edilib - FOTO

Qafar Ağayev17:50 - 17 / 02 / 2022
Qaradağlı faciəsinin 30-cu ildönümü qeyd edilib - FOTO

Ermənistan silahlı qüvvələri tərəfindən Xocavənd rayonunun Qaradağlı kəndinin işğal edilməsindən və dinc sakinlərə qarşı həyata keçirilən soyqırımı cinayətindən 30 il keçir.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, Qaradağlı faciəsinin ildönümü münasibətilə Beyləqan rayonu ərazisində məskunlaşan Xocavəndli məcburi köçkünlər “Yeni Qaradağlı” kəndində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət ediblər.

Tədbirdə Qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlə komitəsinin sədri Rövşən Rzayev, Qaradağlı kəndinin sakinləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhidlərin ailə üzvləri, iştirak edib.

Tədbir iştirakçıları abidə kompleksi önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin ruhuna ehtiramlarını bildiriblər. Qaradağlı soyqırımı şahidləri 30 il əvvəl baş verən qanlı hadisələrdən danışıblar.

Paylaş:
238

Son xəbərlər

Bütün xəbərlər