Bakıda vəhşicəsinə öldürülən ana, övladları və qatilin FOTOSU | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda vəhşicəsinə öldürülən ana, övladları və qatilin FOTOSU

14:18 - 21 / 02 / 2022
Bakıda vəhşicəsinə öldürülən ana, övladları və qatilin FOTOSU

Bakıda vəhşicəsinə qətlə yetirilən 1983-cü il təvəllüdlü Qaraxanova Gülnar Malik qızı və onun övladları - 2008-ci il təvəllüdlü Qaraxanlı Lamiyə Fəsahət qızı, 2011-ci il təvəllüdlü Qaraxanlı Ataxan Fəsahət oğlunun fotoları yayılıb.

Azxəbər.com-a istinadən həmin fotoları təqdim edirik:

Hadisəni törədən şəxsin fotosu:

Qeyd edək ki, qətl hadisəsi fevralın 20-də paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova kirayədə yaşadıqları evdə iki azyaşlı övladı ilə birgə qətlə yetirilib.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hadisəni törətməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Əhəd Əliyev polis əməkdaşları tərəfindən keçirilən intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

İkin məlumata görə, qətlə yetirilən G.Qaraxanovanın bacısının əri olan Əhəd Əliyev cinayəti tamah məqsədi ilə törədib. Həmin şəxsin evdən apardığı pulun bir hissəsi olan 20 min manat da ondan dəlil kimi aşkar edilərək götürülüb.

Mövzu ilə bağlı:

Qonşular ana və iki övladını xilas etmək üçün polis çağırdılar, ancaq...- DİN-dən açıqlama

1news.az

Paylaş:
362

Son xəbərlər

Bütün xəbərlər