Komandoların təlim-məşqləri davam edir - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Komandoların təlim-məşqləri davam edir - VİDEO

Qafar Ağayev17:03 - 21 / 02 / 2022
Komandoların təlim-məşqləri davam edir - VİDEO

Döyüş hazırlığı planına əsasən, Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissəsində təlim-məşqləri keçirilib.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, real döyüş şəraitinə uyğunlaşdırılaraq keçirilən praktiki məşğələlərdə müxtəlif taktiki fəaliyyətlər icra olunub.

Komandolar təlimlərdə qarşıya qoyulan bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.
Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla gecə və gündüz keçirilən təlimlərin əsas məqsədi komandoların peşəkarlıq səviyyəsinin artırılması və praktiki vərdişlərinin təkmilləşdirilməsidir.

Paylaş:
807

Son xəbərlər

Bütün xəbərlər