“BakuBus” avtobsusu qəza törətdi | 1news.az | Xəbərlər
Cəmiyyət

“BakuBus” avtobsusu qəza törətdi

Qafar Ağayev11:18 - 21 / 02 / 2022
“BakuBus” avtobsusu qəza törətdi

Bakıda “BakuBus” MMC-ə məxsus 14 nömrəli marşrut xətti ilə hərəkət edən avtobus qəza törədib.

Bunu 1news.az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev deyib.

Hadisə səhər saatlarında paytaxtın Nəsimi rayonunda Füzuli küçəsində baş verib.

"Belə ki, 99-JJ-825 dövlət nömrə nişanlı sərnişin avtobusu yol kənarındakı səkinin üstünə çıxıb. Sürücü ayağından yüngül xəsarət alıb. Sərnişinlərin heç biri xəsarət almayıb. İlkin ehtimallara görə qəzaya avtobusun qarşısına çıxan digər avtomobil səbəbindən sürücünün idarəetməni itirməsi olub".

Paylaş:
405

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər