“Bakı Metropoliteni” əməkdaşının ölümü ilə bağlı açıqlama verib
"Bakı Metropoliteni" QSC "İnşaatçılar" stansiyasında əməkdaşının ölümü ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov qeyd edib ki, "Bakı Metropoliteni"nin elektrik təchizatı xidmətinin elektrik stansiyaları yarımstansiyasının 5-ci sahəsinin elektrik mexaniki 63 yaşlı Məlikəli Əliyev fevralın 18-də iş prosesində özünü pis hiss etməyə başlayıb
"Həmin gün M.Əliyev iş gününün sonuna qədər öz funksiyalarını yerinə yetirib. Evə getdikdən sonra axşam saatlarında yenə özünü pis hiss edib və təcili yardım çağırılaraq xəstəxanaya aparılıb. Həkimlərin səyinə baxmayaraq dünən axşam saat 20:00-21:00 radələrində xəstəxanada insult nəticəsində dünyasını dəyişib", - B. Məmmədov bildirib.