İrəvanda AVRONEST-in iclası başlayıb, azərbaycanlı deputatlar toplantıda iştirak edir | 1news.az | Xəbərlər
Cəmiyyət

İrəvanda AVRONEST-in iclası başlayıb, azərbaycanlı deputatlar toplantıda iştirak edir

S.Xankişiyeva10:39 - 22 / 02 / 2022
İrəvanda AVRONEST-in iclası başlayıb, azərbaycanlı deputatlar toplantıda iştirak edir

Ermənistanın paytaxtı İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclası başlayıb.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, Azərbaycan Milli Məclisinin deputatları Tahir Mirkişili və Soltan Məmmədov toplantıda iştirak edirlər.

Ermənistan mətbuatı yazır ki, azərbaycanlı deputatlar gücləndirilmiş mühafizənin müşayiəti ilə tədbirin keçirildiyi İrəvan İdman-Konsert Kompleksinə gəliblər.

Deputatlar iclaslarda müzakirə olunacaq məsələlərdə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.

Paylaş:
927

Son xəbərlər

Bütün xəbərlər