AMEA-da “2030-cu ilədək Azərbaycan elminin inkişaf Strategiyası layihəsi” hazırlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

AMEA-da “2030-cu ilədək Azərbaycan elminin inkişaf Strategiyası layihəsi” hazırlanıb

S.Xankişiyeva17:34 - 23 / 02 / 2022
AMEA-da “2030-cu ilədək Azərbaycan elminin inkişaf Strategiyası layihəsi” hazırlanıb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) prezidentinin səlahiyyətlərini icra edən akademik Arif Həşimov Akademiyanın Kimya Elmləri Bölməsinə daxil olan elmi müəssisələrin rəhbərləri ilə görüşüb.

AMEA Rəyasət Heyəti Mətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə, görüşdə əsas müzakirə mövzuları Akademiyanın institutları qarşısında duran vəzifələr, mövcud problemlər, onların aradan qaldırılması yolları, eləcə də yüksək elmi nailiyyətlər əldə etmək üçün görüləcək işlər və aparılmalı islahatlarla bağlı olub.

Akademik Arif Həşimov belə görüşlərin digər elmi bölmələrdə də keçirilməsinin nəzərdə tutulduğunu deməklə ilk görüşə Kimya Elmləri Bölməsindən başlamalarının səbəbinə də aydınlıq gətirib: “Bu bölmə və bölməyə daxil olan institutların fundamental və tətbiqi elmi tədqiqatların tutumuna, innovativ fəaliyyətinə, tarixi təcrübəsinə və mövcud kadr potensialına görə Akademiyada xüsusi yeri və çəkisi var. Hazırda Azərbaycanın kimya elmi həm dünyanın prioritetlərinə, həm də ölkəmizin real ehtiyaclarına uyğun ciddi elmi potensiala malikdir. Mən əminliklə deyirəm ki, istər Qarabağ ərazisində həyata keçirilən bərpa-quruculuq işləri, istər respublikanının hərbi qüdrətinin artırılması, istər ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi, istərsə də sənayenin inkişafı baxımından kimya elmləri bölməsində həyata keçirilən elmi tədqiqatların böyük əhəmiyyəti var”.

Akademik Arif Həşimov çıxışında AMEA-da “2030-cu ilədək Azərbaycan elminin inkişaf Strategiyası layihəsi”nin hazırlandığı haqqında da məlumat verib: “Layihənin hazırlanmasında Kimya Elmləri Bölməsi alimlərinin də olduqca böyük əməyi var. Onlar öz dəyərli təklifləri ilə bu sənədin hazırlanmasında yaxından iştirak ediblər. Layihə yaxın vaxtlarda geniş müzakirəyə təqdim ediləcək. Hesab edirəm ki, dövlət səviyyəsində layihənin təsdiqinə nail olsaq, bu Azərbaycan elminin inkişafına mühüm töhfə olacaq”.

Daha sonra çıxış edən AMEA-nın vitse-prezidenti, Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun baş direktoru Dilqəm Tağıyev, Aşqarlar Kimyası İnstitutunun direktoru Vaqif Fərzəliyev, Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov və Polimer Materialları İnstitutunun direktoru Bəxtiyar Məmmədov rəhbərlik etdikləri elmi müəssisələrdə daha yüksək elmi nəticələrin əldə olunmasına mane olan prolemlər və bu problemlərdən çıxış yollarına dair təkliflərini səsləndiriblər. Müəssisə rəhbərləri diqqəti daha çox kadr məsələsinə, elmi işçilərin tərkibinin gəncləşirilməsinə, eləcə də laboratoriyaların yeni avadanlıq və cihazlarla təchiz olunmasının vacibliyinə yönldiblər.

Mövzu ilə əlaqədar oxuyun:

AMEA-nın prezidenti səlahiyyətlərini icra edəcək akademik Arif Həşimov kimdir? - DOSYE

Ramiz Mehdiyevin istefası qəbul olundu – YENİLƏNİB

Ramiz Mehdiyevin köməkçisi saxlanılıb

Ramiz Mehdiyev istefa verib

Eldar Əmirov Ramiz Mehdiyevin qohumu deyil - AMEA

Paylaş:
1181

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər