Xocavənddə xeyli sayda partlayıcı vasitələr aşkar edilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xocavənddə xeyli sayda partlayıcı vasitələr aşkar edilib - FOTO

Qafar Ağayev09:07 - 23 / 02 / 2022
Xocavənddə xeyli sayda partlayıcı vasitələr aşkar edilib - FOTO

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdə partlayıcı vasitələrin aşkar edilərək təhvil verilməsi istiqamətində intensiv tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan 1news.az-a verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində erməni hərbi birləşmələrinin tərk etdiyi mövqelərdən xeyli sayda partlayıcı vasitələr aşkar edilib.

Tapılan 146 müxtəlif növ mərmi, 5 müxtəlif növ qumbara və 415 müxtəlif çaplı patron götürülərək aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
931

Son xəbərlər

Bütün xəbərlər