Canlı yayımda “gədə” sözünə görə Pənah Hüseynlə Tofiq Abbasov arasında dava düşdü - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Canlı yayımda “gədə” sözünə görə Pənah Hüseynlə Tofiq Abbasov arasında dava düşdü - VİDEO

09:18 - 23 / 02 / 2022
Canlı yayımda “gədə” sözünə görə Pənah Hüseynlə Tofiq Abbasov arasında dava düşdü - VİDEO

Yeni Müsavat"ın canlı yayımında politoloq Tofiq Abbaslı ilə Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin arasında dava düşüb.

1news.az xəbər verir ki, əlbəyaxa dava Rauf Arifoğlunun aparıcısı olduğu "Dərin Təhlil" verilişində olub.

Tofiq Abbasov verilişdə olan digər qonaq deputat Səməd Seyidovun adını çəkərkən, "Səməd bəy" deyəndən sonra "Səməd müəllim" deyərək düzəliş etməsinə Pənah Hüseyn replika ilə cavab verib.

"Nə olar bəy olanda, həm də Səməd bəydir də, niyə ehtiyyat edirsən bəy sözündən" - deyən P.Hüseynə T.Abbasovun cavabı belə olub: "Bəy sənsən də, mən sənə bəy deyirəm".

P.Hüseyn isə cavabında "Mən bəyəm, sən də ol gədə" deyib. Buna bərk əsəbiləşən T.Abbasov "sən də düdüksən" deyərək P.Hüseynin üstünə cumub.

Həmin görüntüləri təqdim edirik:

1news.az

Paylaş:
1470

Son xəbərlər

Bütün xəbərlər