Bakıda “qoçu” taksi sürücüsü yolu kəsdi, əraziyə polislər gəldi - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda “qoçu” taksi sürücüsü yolu kəsdi, əraziyə polislər gəldi - VİDEO

13:27 - 24 / 02 / 2022
Bakıda “qoçu” taksi sürücüsü yolu kəsdi, əraziyə polislər gəldi - VİDEO

Bakıda dayanma-durma qaydasını pozan sürücü yolda hərəkəti məhdudlaşdırıb.

1news.az Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə fevralın 24-ü Koroğlu metrostansiyasının yaxınlığında baş verib. Belə ki, 77-CN-594 qeydiyyat nişanlı "Opel" markalı avtomobilin sürücüsü qəza dayanma işıq siqnalını qoşaraq yolun sol tərəfində dayanıb. Yaxınlıqda olan polis əməkdaşları yolda sıxlığın yarandığını görərək avtomobili hərəkət hissəsindən uzaqlaşdırıblar.

Görüntünü qeydə alan oxucunun sözlərinə görə, qaydaları pozan sürücü taksi fəaliyyəti ilə məşğul olur və həmin vaxt müştəri götürmək üçün yolu kəsib.

1news.az

Paylaş:
634

Son xəbərlər

Bütün xəbərlər