Azərbaycan ordusunda snayperlərin hazırlıq kursu davam edir - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan ordusunda snayperlərin hazırlıq kursu davam edir - VİDEO

Qafar Ağayev09:47 - 25 / 02 / 2022
Azərbaycan ordusunda snayperlərin hazırlıq kursu davam edir - VİDEO

2022-ci il döyüş hazırlığı planına əsasən Quru Qoşunlarında “Snayper hazırlığı” kursu davam edir.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, kurs müddətində hərbi qulluqçular snayper tüfənglərinin taktiki-texniki xüsusiyyətlərinə yiyələnməklə yanaşı, atəş hazırlığı üzrə praktiki vərdişlərini də təkmilləşdirirlər.

Məşğələlər zamanı snayperlər atəş mövqeyinin seçilməsi, maskalanma, müxtəlif məsafələrdə yerləşən hədəflərin aşkar olunaraq sərrast atəşlə məhv edilməsi və digər tapşırıqları uğurla yerinə yetiriblər.

Paylaş:
656

Son xəbərlər

Leysan olacaq - XƏBƏRDARLIQ

07 / 07 / 2025, 17:00
Bütün xəbərlər