“Traktor”un yeni baş məşqçisi məlum oldu | 1news.az | Xəbərlər
Cəmiyyət

“Traktor”un yeni baş məşqçisi məlum oldu

09:52 - 28 / 02 / 2022
“Traktor”un yeni baş məşqçisi məlum oldu

Təbrizin “Traktor” komandasının yeni baş məşqçisi müəyyənləşib.

1news.az-ın Apasport.az-a istinadən verdiyi xəbərə görə, adıçəkilən klubu yenə türkiyəli mütəxəssis çalışdıracaq.

“Bursaspor”la Türkiyə çempionu olmaqla adını tarixə yazdıran Ertuğrul Sağlam bundan sonra “Traktor”a rəhbərlik edəcək. Təcrübəli məşqçi vaxtilə çalışdırdığı klubla 1,5 illik müqavilə imzalayacaq. Sağlam qarşıdakı günlərdə İrana yollanaraq rəsmi sözləşməyə qol çəkəcək.

Qeyd edək ki, uğursuz mövsüm keçirən “Traktor” hazırda İran çempionatında 13-cü pillədə qərarlaşır.

1news.az

Paylaş:
1271

Son xəbərlər

Bütün xəbərlər