Bağçalara şagird qəbulu yayda onlayn qaydada aparılacaq

Şagirdlərin məktəbəqədər təhsil müəssisələrinə yay aylarından başlanılacaq.
1news.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev brifinqdə bildirib. Onun sözlərinə görə, artıq sentyabrda məktəbəqədər təhsil müəssisələrinə şagirdlərin qəbulu yay aylarından onlayn qaydada mərkəzləşmiş qaydada həyata keçiriləcək:
“Bu isə əsaslı şəkildə xoşagəlməz halların aradan qaldırılmasına səbəb olacaq. Bu il bağçalara işə qəbulla bağlı vakansiyaların elan edilməsi və işə qəbul MİQ vasitəsilə olacaq. Bununla bağlı nümunəvi sual və sualların mahiyyəti ilə bağlı yaxın günlərdə, Novruzdan sonra açıqlayacağıq" - nazir deyib.
1news.az
1204