Türkiyədə müalicə olunan daha 3 qazi Azərbaycana qayıdıb – FOTO
Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 3 qazimiz sağalaraq Vətənə geri dönüb.
Fonddan 1news.az-a bildirilib ki, həmin şəxslər aşağıdakılardır:
1.Alıyev Seymur Cavanşir oğlu
2.Zöhrablı Təbriz Atamoğlan oğlu
3.Şirəliyev Mehman İbrahim oğlu
Qeyd olunub ki, qazilərimizdən ikisinin Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb, biri isə təkrar müayinə üçün göndərilib və müalicənin gedişatı müsbət qiymətləndirilib.
Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.
"YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 43 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.
“YAŞAT” Fondundan bildirilib ki, qazilərin müalicəsi tam yekunlaşana qədər nəzarətdə saxlanacaq.