Polisi döyən sabiq deputat: “Törətdiyim əməldən peşmanam” | 1news.az | Xəbərlər
Cəmiyyət

Polisi döyən sabiq deputat: “Törətdiyim əməldən peşmanam”

Qafar Ağayev15:17 - 03 / 03 / 2022
Polisi döyən sabiq deputat: “Törətdiyim əməldən peşmanam”

Milli Məclisin həbsdə olan sabiq deputatı Eldəniz Səlimovun məhkəmədə verdiyi ifadəsi məlum olub.

1news.az Report-a istinadən xəbər verir ki, o, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində dindirilən zaman deyib ki, baş vermiş hadisə ilə bağlı böyük peşmanlıq hissləri keçirir.

O bildirib ki, zərərçəkmiş, Xaçmaz Rayon Polis Şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi Qrupunun inspektoru, polis leytenantı Zaur Mirzəyevin atasına zəng etməklə onu çay evinə yerinə dəvət ediblər:

“Hadisədən əvvəl - 2021-ci ilin iyul ayının 6-da Xaçmazda idim. Həmin gün saat 22 radələrində keçmiş iş yoldaşımla birlikdə “Starıy Dvor” adlanan çay evinə getdik, saat 00:00-dan az əvvəl isə oranı tərk etdik. Bundan təxminən 15-20 dəqiqə sonra həmin çay evini işlədən qohumum mobil telefonuma zəng etdi. Dedi ki, 2 nəfər mülki geyimli şəxs obyektə gəlib. Qohumumun sözlərinə görə, həmin şəxslər deyiblər ki, çay evi saat 00:00-dan sonra fəaliyyət göstərdiyi üçün videoya çəkiblər və bu zaman mən də orada olmuşam. Mən isə yenidən çay evinə qayıtmadım. Bir qədər sonra qohumum zəng edib, gələn şəxslərin polis əməkdaşları olduqlarını və atası Çingiz Əfəndiyevin məsələni həll etdiyini və həqiqətən mənim şəkilimin çəkildiyi barədə məlumat verdi.

İyulun 28-də saat 15 radələrində Xaçmaz rayonunda yerləşən “Sonalı göl” restoranına getdim. Orada tanışlarımla yemək yeyib, təxminən 700 qram araq içdik. Axşam saat 23 radələrində “Starıy Dvor”a getdik və orada pivə və çay sifariş etdik. Obyektdə olarkən iyul ayının əvvəlində polislərin “Starıy Dvor”a gəlməsi, məni icazəsiz videoya çəkməsi barədə hadisə yadıma düşdü. Sonra həmin polisi çağırıb məsələni aydınlaşdırmağı qərara aldım. Tanışım polis əməkdaşı Zaurun atası Cavanşir Mirzəyevə zəng edərək oğlunun biz olduğumuz obyektə gəlməsini xahiş etdi. Təxminən 10-15 dəqiqədən sonra, yəni gecə saat 1-ə qalmış zərərçəkmiş bizim yanımıza gəldi və sağ tərəfimdə əyləşdi. Zaurdan məni tanıyıb-tanımadığını, kiməsə pislik etməyimi eşidib-eşitmədiyini soruşdum. Sonra isə əsəblərimə sahib çıxa bilmədiyimə görə araşdırılan hadisə baş verdi və Zaura yüngül xəsarət yetirdim. Bu zaman ətrafda başqa müştərilər yox idi”.

E.Səlimov deyib ki, hadisə baş verən vaxt məzuniyyətdə olub: “Hazırda törətdiyim əməldən peşmanam”.

Qeyd edək ki, E.Səlimovun barəsində Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham irəli sürülmüşdü və Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan E.Səlimov apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.

Paylaş:
1278

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər