“Zəngin hövzələr” layihəsi çərçivəsində qızılbalıq körpələri dənizə buraxılıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Zəngin hövzələr” layihəsi çərçivəsində qızılbalıq körpələri dənizə buraxılıb – FOTO

S.Xankişiyeva09:03 - 03 / 03 / 2022
“Zəngin hövzələr” layihəsi çərçivəsində qızılbalıq körpələri dənizə buraxılıb – FOTO

Martın 2-də IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Zəngin hövzələr” layihəsi çərçivəsində Azərbaycanın “Qırmızı kitabı”na daxil edilmiş qızılbalıq növündən olan 45 min balıq körpəsinin Xəzər dənizinə buraxılması mərasimi keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) 1news.az-a verilən məlumata görə, ETSN-in Azərbaycan Təcrübi Dəniz Balıqartırma Zavodu tərəfindən sahilyanı dəniz akvatoriyasında quraşdırılmış tor qəfəslərdə yetişdirilən qızılbalıq körpələrinin müntəzəm olaraq suya buraxılması nəsli kəsilməkdə olan həmin dəyərli növün təbii populyasiyasının artırılmasını hədəfləyib.

Məlum olduğu kimi, son onilliklər ərzində Xəzər dənizinin nadir balıq növlərinin populyasiyaları insan fəaliyyətinin mənfi təsirləri, o cümlədən çirklənmə, qaçaqmalçılıq və həddən artıq ovlanma nəticəsində məhvolma təhlükəsi həddinə çatıb. Bununla əlaqədar olaraq Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanın və Qafqaz regionunun su faunasının qorunması və bərpası üzrə bir sıra mühüm təşəbbüslər həyata keçirilir. “Zəngin hövzələr” layihəsi də balıq növlərinin təbii populyasiyasının artırılması, balıqartırma zavodlarında yetişdirilən müxtəlif növ balıq körpələrinin təbii mühitə buraxılması, eləcə də daxili su hövzələrində çirkləndirilmənin azaldılması, qanuni və sivil qaydalarla balıq ovunun təşviqi üzrə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Xatırladaq ki, “Zəngin hövzələr” layihəsinə 2020-ci ilin may ayında start verilib. Təkcə 2021-ci ildə 6 milyona yaxın müxtəlif növ balıq körpəsi su hövzələrinə buraxılıb.

Paylaş:
1050

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər