Ukrayna tərəfi Rusiyanın itkilərini açıqladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Ukrayna tərəfi Rusiyanın itkilərini açıqladı

Qafar Ağayev12:47 - 03 / 03 / 2022
Ukrayna tərəfi Rusiyanın itkilərini açıqladı

Ukrayna Müdafiə Nazirliyi Rusiya Ordusunun itkiləri ilə bağlı yeni məlumat yayıb.

1news.az Unian.net-ə istinadən xəbər verir ki, Rusiya ordusu döyüşlərdə 9000 nəfər itki verib.

"Birgə Qüvvələr Əməliyyatı zonasında Rusiyanın 30 təyyarəsi, 31 helikopteri, 211 tankı, 900-dən çox hərbi texnikası, 11 hava hücumundan müdafiə sistemi, 42 reaktiv yaylım atəş sistemi, 60 yanacaq sisterni, 3 PUA, 2 qayıq, 374 avtomobil texnikası məhv edilib. Yüzlərlə hərbçi əsir götürülüb", - deyə nazirlik Rusiyanın itkilərini açıqlayıb.

Qeyd edək ki, Rusiyanın Müdafiə Nazirliyi Ukraynaya qarşı döyüşlərdə daha az itki verdiyini elan edib.

Paylaş:
1032

Son xəbərlər

Bütün xəbərlər