Azərbaycanda yeni milli parklar yaradılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda yeni milli parklar yaradılacaq

S.Xankişiyeva17:11 - 04 / 03 / 2022
Azərbaycanda yeni milli parklar yaradılacaq

“İşğaldan azad olunmuş ərazilərdə xüsusi mühafizə olunan təbiət ərazilərinin bərpası bu gün aktualdır”.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.

O bildirib ki, yeni tipli mühafizə olunan xüsusi təbiət ərazilərinin yaradılması üçün işlər gedir: “Məsələn, Zaqatalada belə yer yaradılacaq. Ölkənin müxtəlif istiqamətlərində bu cür ərazilərin yaradılması üçün araşdırmalar davam edir. İlkin olaraq yeni milli parklar və ya qoruqların yaradılması üçün bəzi versiyalar var. İlkin məqsəd azad olunmuş ərazilərdə xüsusi mühafizə olunan təbiət ərazilərini bərpa etməkdir”.

Paylaş:
1049

Son xəbərlər

Bütün xəbərlər