Xaçmazda iti asaraq öldürən şəxs məsuliyyətə cəlb olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Xaçmazda iti asaraq öldürən şəxs məsuliyyətə cəlb olunub

09:21 - 04 / 03 / 2022
Xaçmazda iti asaraq öldürən şəxs məsuliyyətə cəlb olunub

Xaçmazda iti asaraq öldürən şəxs məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən xəbərə görə, sosial şəbəkələrdə yayılmış itin amansızlıqla asılaraq öldürülməsi görüntüləri ilə bağlı bildirirəm ki, həmin hadisə fevral ayının 19-da Xaçmaz rayonunda baş verib.

Hadisəni törədən şəxs Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən dərhal müəyyən edilib. Həmin şəxsin rayonun Gödəkli kənd sakini 86 yaşlı Balasoltan Daşdəmirov olduğu müəyyən edilib.

Həmin gün onun barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi ilə (Heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsi) müvafiq tədbir görülüb.

1news.az

Paylaş:
794

Son xəbərlər

Əməkdar artist vəfat edib

06 / 06 / 2025, 13:25

Sabahın hava proqnozu

06 / 06 / 2025, 12:05

Çaylarda sululuq artıb

06 / 06 / 2025, 10:14
Bütün xəbərlər