Bu gün Amnistiya Aktının icrası başa çatır | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün Amnistiya Aktının icrası başa çatır

S.Xankişiyeva10:15 - 05 / 03 / 2022
Bu gün Amnistiya Aktının icrası başa çatır

Bu gün 8 Noyabr - Zəfər Günü münasibətilə elan olunan Amnistiya Aktının icrası başa çatır.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bu barədə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova məlumat verib.

Onun sözlərinə görə, bununla bağlı martın 11-də nazirliyin aidiyyəti rəhbər şəxslərinin iştirakı ilə mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, Milli Məclisin 2021-ci il noyabrın 5-də keçirilən iclasında 8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar qəbul edilib. Amnistiya Aktı Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunub.

Paylaş:
892

Son xəbərlər

Bütün xəbərlər