Azərbaycana 1200 doza “Turkovac” peyvəndi gətirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycana 1200 doza “Turkovac” peyvəndi gətirilib – FOTO

S.Xankişiyeva15:24 - 09 / 03 / 2022
Azərbaycana 1200 doza “Turkovac” peyvəndi gətirilib – FOTO

Bu gündən Azərbaycanda yeni növ koronavirusa (COVID-19) qarşı Türkiyə istehsalı olan “Turkovac” peyvəndinin 3-cü faza kliniki sınaqlarının aparılmasına başlanılır.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bununla əlaqədar Bakı Sağlamlıq Mərkəzi ilə Türkiyənin Sağlamlıq İnstitutları Başkanlığı arasında protokol imzalanıb.

Protokolu Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov və Türkiyənin Sağlamlıq İnstitutları Başkanlığının sədri Erhan Akdoğan imzalayıblar.

İmzalanma mərasimində Asiman Həsənov deyib ki, “Turkovac” peyvəndi Türkiyədə fəal şəkildə tətbiq edilir. Tədqiqatın məqsədi həmin peyvəndin ölkəmizdə “buster” doza kimi effektivliyini araşdırmaqdan ibarətdir. Onun verdiyi məlumata görə, ilkin dövrdə könüllülər üzərində sınaqlar aparılacaq və bir neçə ay ərzində peyvəndin yaxın və uzaq nəticələrini öyrənmək üçün onlar mütəmadi olaraq yoxlanılacaq, qan nümunələri götürüləcək laborator müayinələri aparılacaq: “COVID-19 əleyhinə “buster” doza alan könüllülərin ümumi skrinq müayinələri aparılacaq, həmin vaxt COVID-19-a youxub–yoluxmamaları, eləcə də digər ciddi patologiyalar araşdırılacaq. Qarşılıqlı şəkildə həmin şəxslərin buster dozaya uyğunluğu protokollaşdırdıqdan sonra onlar “buster” doza şəklində kliniki sınaq mərhələsində iştirak edəcəklər”.

Türkiyənin Sağlamlıq İnstitutları Başkanlığının sədri Erhan Akdoğan bildirib ki, peyvəndin yan təsirləri aşkarlanmayıb, qoruyuculuğuna görə digər təsdiqlənmiş peyvəndlərlə eyni təsir gücünə malikdir. İnoktivasiya olunmuş “Turkovac” Azərbaycanla bərabər Macarıstan, Polşa, Özbəkistan, Qırğızıstan, Pakistan və Argentina kimi ölkələrdə də sınaqdan keçiriləcək.

İmzalanma mərasimində Türkiyə Aşı İnstitutunun professoru Ateş Kara aparılan sınaqlardan danışarkən deyib: “Türkiyədə “Sinovac” və “Turkovac” peyvəndlərinin müqayisəli təhlili aparılıb. “Sinovac” peyvəndi vurulmuş 1100 xəstənin 43-də, “Turkovac” peyvəndi vurulmuş xəstələrin isə 23-də yoluxma müşahidə olunub. Bu, onu göstərir ki, onların arasında 50 faizə qədər fərq var və “Turkovac”la daha dayanıqlı immunitet qazanmaq olur. Ən başlıcası, peyvənd heç bir yan təsirə malik deyil, infeksiyaya qarşı çoxlu anticisimlər əmələ gətirmək qabiliyyətinə malikdir. Çox az hallarda bəzi xəstələrdə qolda ağrı verir, lakin bu da cəmi 12 saat davam edir. Həm də peyvənd edilənlər arasında xəstəxanayadüşmə halları müşahidə olunmur”.

Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev inoktiv “Turkovac” peyvəndinin üstün keyfiyyətlərindən danışıb və onun “buster” doza kimi tətbiqi sınaqlarının uğurlu olacağını deyib.

Onu da qeyd edək ki, kliniki sınaqların aparılması üçün ölkəmizə 1200 doza “Turkovac” peyvəndi gətirilib.

Paylaş:
546

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər