Ukraynadakı yaxınlarınızla əlaqədə qalın! | 1news.az | Xəbərlər
Cəmiyyət

Ukraynadakı yaxınlarınızla əlaqədə qalın!

S.Xankişiyeva17:00 - 09 / 03 / 2022
Ukraynadakı yaxınlarınızla əlaqədə qalın!

Azercell Ukrayna istiqamətində tətbiq etdiyi pulsuz zəngləri martın 26-na qədər uzatdı

“Azercell Telekom” MMC Ukraynada davam edən durumla əlaqədar Azərbaycandan bu istiqamətdə tətbiq etdiyi pulsuz zənglərin müddətini martın 26-na (26.03.2022 tarixi daxil) qədər uzatdı. Lider mobil operator 27 fevral 2022-ci il tarixindən etibarən hazırda Ukraynadakı Azərbaycan vətəndaşları, eləcə də vətəndaşlarımızın bu ölkədə yaşayan qohumları ilə kəsintisiz telefon əlaqəsini təmin etmək, onların çətin anlarında yaxınları ilə ünsiyyətinə dəstək olmaq məqsədilə bu təşəbbüslə çıxış edir.

Azercell bütün abunəçilərindən Ukrayna istiqamətində mobil rabitə xəttlərində mümkün yüklənmə riskinin və pulsuz bağlantıdan sui-istifadə hallarının qarşısının alınması məqsədilə qeyd edilən güzəştli zəngləri 3 dəqiqə civarında saxlamağı xahiş edir.

Qeyd edək ki, Azercell daha öncə Ukraynada rominqdə olan abunəçilərin nömrələrinin balansını artıraraq 50 azn həcmində vəsait yükləyib. Balansartırma həm fakturalı, həm fakturasız xətt sistemlərinə aid bütün nömrələrə şamil olub.

Şirkətin xidmət mərkəzləri 7/24 abunəçilərin xidmətindədir: Çağrı Mərkəzi (ümumi əlaqə nömrəsi *1111, fakturasız xətt abunəçiləri üçün (012) 490 49 49, fakturalı xətt abunəçiləri üçün (012) 490 52 52); Online Dəstək xidməti; “Kabinetim” tətbiqi: https://www.azercell.com/az/personal/digital-solutions/kabinetim.html vasitəsilə sizi maraqlandıran suallarla müraciət edə və ya lazımı məlumatı əldə edə bilərsiniz.

Reklam hüququnda

Paylaş:
505

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər