“Bakı Limanının potensialının gücləndirilməsinə dəstək” layihəsinin ikinci fazası başa çatıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Bakı Limanının potensialının gücləndirilməsinə dəstək” layihəsinin ikinci fazası başa çatıb

Qafar Ağayev13:41 - 10 / 03 / 2022
“Bakı Limanının potensialının gücləndirilməsinə dəstək” layihəsinin ikinci fazası başa çatıb

Avropa İttifaqının Bakı Limanı ilə birgə həyata keçirdiyi “Bakı Limanının potensialının gücləndirilməsinə dəstək” layihəsi 2016-cı ilin noyabrından etibarən həyata keçirilir və cari ildə 2020-ci ildən icra olunan layhənin ikinci fazası da artıq uğurla başa çatıb.

1news.az xəbər verir ki, bu məqsədlə Bakı Limanın, Avropa İttifaqının, dövlət və beynəlxalq təşkilatlarının və media nümayəndələrinin iştirakı ilə “Yaşıl Limanlar və liman idarəedilməsində yeni üsullar” mövzusunda qeyd olunan layihənin bağlanış mərasimi təşkil olunub.

Tədbirdə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin (Bakı Limanı) Baş direktoru Taleh Ziyadov və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Birinci konsulu, Əməkdaşlıq üzrə rəhbəri Viktor Bojkov açılış nitqi ilə çıxış edərək layihənin strateji məqsədləri və gələcək perspektivlər haqqında iştirakçıları məlumatlandırıblar.

Layihənin əsas məqsədi 2020-2022-ci illər üzrə Bakı Limanın strateji planı və Yaşıl Liman konsepsiyasının həyata keçirilməsində Limanın imkanlarının genişləndirmək olmuşdur. Layihə çərçivəsində həmçinin, yeni beynəlxalq sertifikatların əldə olunması, biznes proseslərinin optimallaşdırılması üçün liman əməliyyatlarının, o cümlədən insan resursları sisteminin rəqəmsallaşdırılması, ticarət və investisiya fəaliyyətlərinin gücləndirilməsi, xüsusi ilə inteqrasiya olunmuş logistik idarəetmə sisteminin inkişafı və Orta Dəhliz boyunca bütün təchizat zəncirini birləşdirmək üçün rəqəmsal platformanın genişləndirilməsi istiqamətində mühüm işlər aparılıb.

Eyni zamanda, layihənin nəticəsi olaraq Bakı Limanı yenidən ISO 14001:2015 sertifikatı əldə etmişdir. Bu sertifikat ətraf mühitin mühafizəsi üzrə idarəetmə standartı olub müəssisədə ətraf mühitin mühafizəsinin təmin edilməsi məqsədilə sistemli əməliyyatların qurulmasını və eko-sistemin qorunması üçün dayanıqlı fəaliyyətlərin aparılmasını özündə ehtiva edir. Bununla yanaşı, Bakı Limanı regionda ilk dəfə olaraq 2019-cu ildə Avropa Dəniz Limanları Təşkilatının (European Sea Ports Organization - ESPO) "EcoPorts" sertifikatına layiq görülüb və ötən il layihə çərçivəsində bu resertifikasiyadan da Bakı Limanı uğurla keçib. Beləliklə, Azərbaycan dünya üzrə ərazisində qeyd olunan sertifikatı almış 24 ölkə arasında öz yerini alıb və Bakı Limanı regionun ilk “Yaşıl Liman” statusuna layiq görülüb.

Layihənin bağlanış mərasimində həmçinin Bakı Limanının Təlim Mərkəzi və Barselona Limanının Təlim Mərkəzi arasında Anlaşma memorandumu imzalandı. Məqsəd Bakı Limanının Təlim Mərkəzinin regional port və logistika üzrə təlim mərkəzinə çevrilməsi istiqamətində institusional inkişaf strategiyasının həyata keçirilməsidir. Hər iki limanın təlim mərkəzi birgə sinergiya yaradaraq praktiki iş təcrübəsi və müasir bazarın çağırışlarına uyğun kadr potensialının yaradılmasına mühüm töhfə verəcək.

Paylaş:
462

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər