Rüstəm İbrahimbəyov vəfat etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Rüstəm İbrahimbəyov vəfat etdi

16:40 - 11 / 03 / 2022
Rüstəm İbrahimbəyov vəfat etdi

Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, kinodramaturq Rüstəm İbrahimbəyov vəfat edib.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqından məlumat veriblər.

“Moskvadan çox pis xəbər aldıq. Uzun sürən xəstəlikdən sonra, Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, kinodramaturq Rüstəm İbrahimbəyov martın 10-dan 11-nə keçən gecə dünyasını dəyişib. Əlvida ustad! Əlvida kinomuzun ən böyük dostu! Əlvida əziz həmkar!”- deyə, məlumatda qeyd olunub.

Qeyd edək ki, R.İbrahimbəyovun dəfn vaxtı və məkanı barədə əlavə məlumat veriləcək.

Allah rəhmət eləsin!

1news.az

Paylaş:
548

Son xəbərlər

Bütün xəbərlər