“Buta Airways”in Bakı-İstanbul reysinin təyyarəsi Ankarada enib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Buta Airways”in Bakı-İstanbul reysinin təyyarəsi Ankarada enib

S.Xankişiyeva12:28 - 11 / 03 / 2022
“Buta Airways”in Bakı-İstanbul reysinin təyyarəsi Ankarada enib

Bu gün "Buta Airways"in J2-9103 nömrəli Bakı-İstanbul (Sabiha Gökçen Hava Limanı) reysini həyata keçirən hava gəmisinin kapitanı Ankaranın Esenboğa Beynəlxalq Hava Limanında (ESB) enib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aşağıbüdcəli törəməsi “Buta Airways” dən bildirilib.

Məlumata görə, Sabiha Gökçen aeroportu əlverişsiz hava şəraiti ilə əlaqədar təyyarələrin gəliş-gedişinə müvəqqəti məhdudiyyətlər tətbiq edib. Təyyarə yerli vaxt ilə saat 11:52-də uğurlu eniş edib.

Sabiha Gökçen Hava Limanı icazə verəcəyi təqdirdə təyyarə İstanbula yola düşəcək.

Paylaş:
766

Son xəbərlər

Bütün xəbərlər