“3+3” üzrə növbəti görüşün yeri və vaxtı dəqiqləşdirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

“3+3” üzrə növbəti görüşün yeri və vaxtı dəqiqləşdirilir

S.Xankişiyeva17:31 - 12 / 03 / 2022
“3+3” üzrə növbəti görüşün yeri və vaxtı dəqiqləşdirilir

Azərbaycan "3+3" əməkdaşlıq platformasını dəstəkləyir.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bunu Antalya Diplomatiya Forumunda iştirak edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Prezidentin köməkçisi bildirib ki, artıq "3+3" formatı üzrə ilk iclas keçirilib: “Biz burada əsasən regional məsuliyyət prinsipindən çıxış edirik. Region ölkələri olaraq ilk növbədə regionun problemlərini özümüz həll etməliyik, əməkdaşlıq üçün olan böyük potensialı bir araya gətirməliyik. Məsələn, Azərbaycan-Türkiyə-İran arasında son nəqliyyat anlaşmasını misal göstərmək olar.

Bu, bizim regionumuzla bərabər digər regionlara, o cümlədən Mərkəzi Asiyaya böyük fürsətlər təqdim edir. Ona görə də bu platforma çərçivəsində böyük əməkdaşlıq üçün fürsətlər və imkanlar var. Amma hazırda başqa bölgələrdə müəyyən problemlər olduğuna görə biz diplomatik kanallarla əlavə təkliflər gözləyirik ki, "3+3" formatında növbəti görüşümüz necə ola bilər. Türkiyədə "3+3" formatının növbəti görüşü barədə qərar verilib, sadəcə olaraq diplomatik kanallarla onun dəqiqləşdirilməsinə ehtiyac var”.

Paylaş:
572

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər