Binə qəsəbəsində qadın əri tərəfindən öldürüldü | 1news.az | Xəbərlər
Cəmiyyət

Binə qəsəbəsində qadın əri tərəfindən öldürüldü

Qafar Ağayev09:51 - 14 / 03 / 2022
Binə qəsəbəsində qadın əri tərəfindən öldürüldü

Martın 13-də Xəzər rayonu Binə qəsəbəsi ərazisində 1995-ci il təvəllüdlü Ülviyyə Həsənovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xəzər Rayon Prokurorluğundan 1news.az-a verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1987-ci il təvəllüdlü Saməddin Həsənovun qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı Ülviyyə Həsənovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Samməddin Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Paylaş:
403

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər