Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı - STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı - STATİSTİKA

15:34 - 15 / 03 / 2022
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı - STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 142 yeni yoluxma faktı qeydə alınıb, 243 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 790 962 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 779 828 nəfər müalicə olunaraq sağalıb, 9 627 nəfər vəfat edib. Aktiv xəstə sayı isə 1 507 nəfərdir.

Ölkədə son sutka ərzində 5 454, hazırkı dövrədək isə 6 640 773 test aparılıb.

1news.az

Paylaş:
634

Son xəbərlər

Bütün xəbərlər