Deputatdan təklif: “Gəncədən Şuşaya avtobus reysi təşkil edilsin” | 1news.az | Xəbərlər
Cəmiyyət

Deputatdan təklif: “Gəncədən Şuşaya avtobus reysi təşkil edilsin”

Qafar Ağayev15:53 - 15 / 03 / 2022
Deputatdan təklif: “Gəncədən Şuşaya avtobus reysi təşkil edilsin”

Gəncədən Şuşaya avtobus reysinin təşkil edilməsi təklif olunub.

1news.az-ın Report-a istinadən xəbərinə görə, bu təkliflə Milli Məclisin deputatı Naqif Həmzəyev parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı çıxış edib.

O xatırladıb ki, hazırda Bakıda Şuşaya avtobus reysləri təşkil edilir:

“Seçicilərimiz də bizə Gəncədən Şuşaya getmək istədiklərini dilə gətirirlər. Təklif edirəm ki, seçicilərimizin istəklərini nəzərə alaraq Gəncədən də Şuşaya avtobus reysi təşkil edilsin”.

Paylaş:
414

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər