Pilot layihə çərçivəsində yenidən qurulan Bəsti Bağırova küçəsində VƏZİYYƏT – Polis hansı tədbirlər görür? | 1news.az | Xəbərlər
Cəmiyyət

Pilot layihə çərçivəsində yenidən qurulan Bəsti Bağırova küçəsində VƏZİYYƏT – Polis hansı tədbirlər görür?

Qafar Ağayev17:50 - 15 / 03 / 2022
Pilot layihə çərçivəsində yenidən qurulan Bəsti Bağırova küçəsində VƏZİYYƏT – Polis hansı tədbirlər görür?

Yerli sakinlərin və küçədən istifadə edənlərin bir müddət çətinlik çəkməsindən sonra paytaxtın Yasamal rayonunda yerləşən Bəsti Bağırova küçəsi fevral ayının sonlarında yenidənqurmadan sonra başa çatıb.

Məhz bu küçədə avtombillər üçün parkinq yerlərinin idarə olunması ilə bağlı pilot layihə həyata keçirilib. Burada 138 avtomobil dayanacağıyaradılıb, 450 metrlik küçənin özü isə piyada axınının artırılması prinsipləri əsasında müasir şəhərsalma standartlarına uyğun abadlaşdırılıb.

Xatırladaq ki, layihə təkcə Bəsti küçəsinin deyil, Məhəmməd Naxçıvani küçəsinin, eləcə də onlarla kəsişən küçələrin yenidən qurulmasını nəzərdə tutur.

Hazırda iki küçədə - Murtaza Muxtarov və Kilyazı küçələrində iş aparılır.

Yenidən qurulan Bəsti Bağırova küçəsinə gəlincə, qeyd edək ki, o, həm sürücülər, həm də piyadalar üçün daha da gözəlləşib, rahatlaşıb.

Sürücülərə gəldikdə isə, bəzi sürücülər standartlara uyğun yenidən qurulan bu küçədə də qaydaları pozmağa davam edir. Belə ki, ikinci cərgədə, səkilərdə zolaqlarında dayanma-durma problemi hələ də aktual qalır.

1news.az-ın fotomüxbiri belə halları qeydə alıb.

OMD uşaq xəstəxanasının yanında (K.Fərəcov adına Elmi-Tədqiqat Pediatriya İnstitutu) maşın izdihamı və xaotik dayanma müşahidə olunur. Xəstəxananın həyətinə giriş qadağandır, yaxınlıqdakı park yerləri adətən həmişə dolu olur. Belə ki, taksi sürücüləri və xəstə yaxınlarının qeyri-qanuni avtomobil park etməsi küçədə tıxacın yaranmasına səbəb olur.

Əlbəttə ki, avtomobilinə qanuni parkinq yerlərində yer tapmayan bəzi qayda tanımayan sürücülər öz rahatlıqları üçün piyada keçidlərinin üzəriində avtobillərini rahatlıqla saxlayırlar. Onlar üçün piyadaların, uşaq arabası ilə olan valideynlərin və əlillərin yolunun kəsilməsi əhəmiyyətli deyil, əsas odur ki, bu məsuliyyətsiz sürücülər avtomobillərini gedəcəkərə yerə yaxın park etsinlər.

Əlillərdən söz düşmüşkən, bu küçədə əlil sürücülərin avtomobildən düşüb rahat hərəkət etmələri üçün xüsusi parkinq yerləri yaradılıb. Ümid edək ki, sürücülər nişanın tələblərini nəzərə alır və əlillər üçün nəzərdə tutulan parkinq yerlərini tutmurlar.

Məsələ ilə bağlı 1news.az-a danışan Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, mayor Araz Əsgərli deyib ki, paytaxt ərazisində yazılan protokolların sıralamasında birinci yerdə dayanma-durma qaydalarının pozulmasına görə yazılan protokollar tutur.

Araz Əsgərli

“Bu da təbiidir. Yenidən qurulmuş Bəsti Bağırova küçəsində vəziyyət onu göstərir ki, avtomobillətin dayanma-durması üçün nə qədər imkanlar yaradılsa da yenə də avtomobillərini müxtəlif bəhanələrlə, küçənin ortasında, yolun hərəkət istiqamətində, qadağan olunmuş ərazilərdə saxlayan insanlara rast gəlinir. Ərazidə yol polisi əməkdaşları gündəlik xidmət aparırlar və qayda pozanları aşkarlayıb, inzibati tənbeh tədbirləri seçirlər. Amma, hərbir vətəndaşımız, sürücümüz bilməlidir ki, dayanma-durma üçün nə qədər yerlər, inşa olunsa, salınsa da bu paytaxt ərazisində hərəkətdə olan bütün nəqliyyat vasitələri üçün parkinq imkanları yaratmağa müvəffəq ola biləcək bir addım ola bilməz. Yəni, nəzərə alsaq ki, respublika ərazisində 1 milyon 600 mindən çox nəqliyyat vasitəsi qeydiyyatdan keçib, həmin nəqliyyat vasitələrini ortalama 70 faizə yaxını paytaxt ərazisində gündəlik hərəkət edir, ancaq bunların hamısı üçün rahat parklanma yeri yaratmaq mümkün deyil. Buna görə də vətəndaşlarımız, ümumən hərəkətin iştirakçısı kimi sürücülər bu imkanları nəzərə alıb yolların hərəkət istiqamətini zəbt etməməlidir. Yəni, mənim üçün rahatdı, yaxındı deyib, harda gəldi nəqliyyat vasitəsini saxlamaq hərəkətin tənzimlənməsi baxımından olduqca ciddi problemlər yaradır. Bu məsələnin ciddiliyini qabardan tərəflərdən elə birincisi də yol polisidir. Amma yenə də, bu problemlər öz aktuallığını itirmir, görünən odur ki, öz konfortunu, öz ehtiyaclarını qanunun tələbindən, məsuliyyətdən üstün tuturlar. Belə yanaşmaq olmaz, bu yanaşma yollarda gündəlik hərkəsin mənzil başına çatması üçün nəzərdə tutulan müddəti geridə qoyur və hər gün eyni problemlər ciddi şəkildə narazılıq və narahatçılığa səbəb olur. Bu baxımdan Bəsti Bağırova küçəsi bariz nümunədir, parkinq yerləri yaradılıb, müəyyən qədər avtomobillərin saxlanılması üçün şərait var, amma yenə də qaydaları pozan sürücülərə rast gəlinir”.

Teymur Maqsudov, Qafar Ağayev

Foto: Nadir İbrahimli

Paylaş:
1760

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər