MİRF 2022-nin bilet satışlarına start verildi - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

MİRF 2022-nin bilet satışlarına start verildi - VİDEO

S.Xankişiyeva10:00 - 16 / 03 / 2022
MİRF 2022-nin bilet satışlarına start verildi - VİDEO

16 aprel 2022-ci ildə Baku Marriott Hotel Boulevard-da 300 nəfərin iştirakı ilə baş tutacaq Milli İnsan Resursları Forumunda iştirak üçün qeydiyyat başlamışdır.

2015-ci ildən etibarən təşkil edilən və ölkəmizin İnsan resursları sahəsində ilk forumu olan MİRF bu il 5-ci dəfə keçiriləcəkdir.

Bu ilki “MİRF 2022” forumun formatı və konsepti artıq bəlli oldu. Beləliklə, MİRF 2022 “AXINA QARŞI” şüarı ilə beyin köçü mövzusunu gündəmə gətirəcəkdir. Forum hər paneldə 4 spikerin çıxışı olmaqla, 2 paneldən və bir praktiki məşğələdən (workshop) ibarət olacaqdır. Bundan əlavə tədbir zamanı müstəqil spikerlərin çıxışları, həmçinin MİRF-in Türkiyənin öncül araşdırma şirkətlərindən olan “PESSURVEY” ilə əməkdaşlığı çərçivəsində “Beyin köçü” mövzusundakı fərqli hədəf kütlələr üzrə etmiş olduğu anketin nəticələrinin tədbir iştirakçılarına təqdimatı baş tutacaqdır. Eyni zamanda tədbir iştirakçıları üçün əyləncəli oyunlar təşkil ediləcək və müxtəlif hədiyyələr təqdim ediləcəkdir. Tədbir haqqında barədə Layihə rəhbəri Cabir Süleymanlı və layihənin təşkilati dəstəkçiləri “Business Management School” MMC-nin həmtəsisçisi Elvin Cabaylı, “HR Option” MMC-nin həmtəsisçisi Xəqani Səfərov və İnsan resursları üzrə meneceri Cəmil Hüseynov, Fil Agency-nin təsisçisi Rafiq Hunaltay və “Facemark” MMC-nin direktoru Ayşən Allahverənova öz video müraciətlərində məlumat veriblər.

İzləyicilər forum barədə yeniliklərdən xəbərdar olmaq və iştirak bileti əldə etmək üçün web səhifəsi (www.mirf.az), həmçinin layihənin sosial media hesablarını izləyə bilərlər.

Reklam hüququnda

Paylaş:
358

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər