Sabah hava dumanlı olacaq, dağlıq və dağətəyi rayonlarda qar yağacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah hava dumanlı olacaq, dağlıq və dağətəyi rayonlarda qar yağacaq

S.Xankişiyeva12:43 - 16 / 03 / 2022
Sabah hava dumanlı olacaq, dağlıq və dağətəyi rayonlarda qar yağacaq

Bakıda və Abşeron yarımadasında martın 17-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə duman, çiskin olacaq.

Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-4° isti, gündüz 7-9° isti olacaq. Bakıda gecə 2-4° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında sabah havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, gündüz əksər rayonlarda tədricən kəsiləcəyi gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 7-12° şaxta, yüksək dağlıq ərazilərdə 17°-dək şaxta, gündüz 0-5° şaxta olacaq.

Paylaş:
557

Son xəbərlər

Bütün xəbərlər