Təbiətin oyanış fəslində Qarabağa ağac ianə edərək dirçəlişə töhfə ver! | 1news.az | Xəbərlər
Cəmiyyət

Təbiətin oyanış fəslində Qarabağa ağac ianə edərək dirçəlişə töhfə ver!

Qafar Ağayev12:52 - 18 / 03 / 2022
Təbiətin oyanış fəslində Qarabağa ağac ianə edərək dirçəlişə töhfə ver!

Qarşıdan Azərbaycan xalqının təntənəli şəkildə qeyd etdiyi, eyni zamanda Yeni ilin başlanğıcı hesab olunan Novruz bayramı gəlir.

1news.az xəbər verir ki, bu barədə Qarabağ Dirçəliş Fondunun məlumatında qeyd olunub.

"Novruz bayramının gəlişi əsrlərdən bəri Azərbaycanda bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü kimi qəbul edilir.

Heç şübhəsiz dünyada heç nə təbiətin rəngləri, səsləri və gözəllikləri ilə əvəz oluna bilməz.

Bahar bayramı münasibətilə hər birimiz doğma Qarabağ üçün ağac ianə edərək işğaldan azad edilən ərazilərdə təbiətin dirçəlişinə və yenidən oyanışına dəstək ola bilərik.

Bunun üçün Fondun veb səhifəsinə (https://qdf.gov.az/iane-et/iane-sertifikatlari/novruz-bayrami/) daxil olub istər öz, istərsə də təbrik etmək istədiyiniz şəxsin adını qeyd edib, daha sonra ağac sayını seçərək ianə etmək kifayətdir.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun torpaqlarımızı işğaldan azad etməsi humanitar fəlakətlə yanaşı, Qarabağda dağıntıların miqyasının necə böyük olmasını, yüzlərlə yaşayış məntəqəsinin və minlərlə tikilinin erməni işğalçıları tərəfindən yer üzündən demək olar ki, tamamilə silindiyi faktını da üzə çıxardı.

Məlumdur ki, vurulan zərər yalnız maddi obyektlərlə, tarixi abidələrlə və memarlıq inciləri ilə məhdudlaşmır. Təbii sərvətlərin amansızcasına istismar olunması, meşələrin qırılması, çay və göllərin çirkləndirilməsi nəticəsində regionun ətraf mühitinə böyük ziyan dəyib.

Qarabağ Dirçəliş Fondunun fəaliyyətində ekoloji tarazlığın bərpası məsələsi əsas prioritet istiqamətlərdən biridir.

Xatırladaq ki, işğaldan azad edilən ərazilərdə ekoloji tarazlığın və biomüxtəlifliyin bərpası məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qarabağ Dirçəliş Fondu arasında “Əməkdaşlıq Memororandumu” imzalanıb.

Bu əməkdaşlıq çərçivəsində Zəngilanda “Zəfərdən Dirçəlişə” adlı meşə massivinin salınması layihəsinə start verilib. Qarabağ meşələrində əsasən yerli iqlim şəraitinə uyğun Eldar şamı, Həmişəyaşıl sərv, Göyrüş, Qlediçiya və Şərq çinarı kimi ağacların əkilməsi nəzərdə tutulur. Ağacların əkilməsi prosesi mərhələli şəkildə davam etməkdədir. Təbiət obyektlərinin bərpası üzrə layihələr işğaldan azad olunan digər ərazilərdə də davam etdiriləcək.

Dəyərli həmvətənlərimiz, Sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə bahar əhval-ruhiyyəsi, cansağlığı və səadət arzulayırıq.

Novruz bayramınız mübarək! Qarabağı birlikdə daha YAŞIL bərpa edəcəyik!" - deyə məlumatda qeyd olunub.

Paylaş:
283

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər