Su basan rayonlarda son vəziyyət necədir? | 1news.az | Xəbərlər
Cəmiyyət

Su basan rayonlarda son vəziyyət necədir?

12:17 - 21 / 03 / 2022
Su basan rayonlarda son vəziyyət necədir?

Davam edən yağıntıların, kəskin hava şəraitinin törətdiyi fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri tərəfindən təxliyə və suçəkmə işləri ötən gecə və səhər saatlarında davam etdirilib.

FHN-dən verilən məlumata görə, Masallı rayonunun Boradigah kəndində, Cəlilabad şəhəri və rayonun Göytəpə şəhəri və Təzəkənd kəndində, Füzuli rayonunun Aşağı Yağlıvənd kəndində müvafiq olaraq təxliyə və suçəkmə tədbirləri həyata keçirilib.

Ümumilikdə FHN-in qüvvələri tərəfindən Masallı və Cəlilabad rayonlarının su basmış ərazilərindən daha 25 nəfər və qarlı-şaxtalı havada Cəbrayıl şəhərində 1 və Cəlilabad rayonunun Kövüzbulaq kəndində 5 köməksiz vəziyyətdə qalmış avtomobil içərisindəki vətəndaşlarla birlikdə təhlükəsiz əraziyə təxliyə olunaraq xilas ediliblər.

1news.az

Paylaş:
443

Son xəbərlər

Bütün xəbərlər