Sahibə Qafarova MDB PA-nən tədbiri ilə bağlı Qazaxıstana səfərə gedib | 1news.az | Xəbərlər
Cəmiyyət

Sahibə Qafarova MDB PA-nən tədbiri ilə bağlı Qazaxıstana səfərə gedib

Qafar Ağayev17:27 - 28 / 03 / 2022
Sahibə Qafarova MDB PA-nən tədbiri ilə bağlı Qazaxıstana səfərə gedib

Martın 28-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti MDB PA-nın 30 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Qazaxıstan Respublikasının Almatı şəhərinə işgüzar səfərə gəlib.

1news.az xəbər verir ki, Almatı Beynəlxalq Aeroportunda nümayəndə heyətini MDB PA-nın Baş katibi Dmitri Kobitski, Qazaxıstan Parlamentinin deputatları, ölkəmizin Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədrinin MDB PA-nın Şura iclasında çıxışı və tədbirlərdə iştirak edəcək nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri də nəzərdə tutulur.

İşgüzar səfər martın 29-da başa çatacaq.

Paylaş:
361

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər