Bayram günlərində zəhərlənənlərin sayı açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bayram günlərində zəhərlənənlərin sayı açıqlandı

Qafar Ağayev11:28 - 28 / 03 / 2022
Bayram günlərində zəhərlənənlərin sayı açıqlandı

Bayram günlərində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə şübhəsi ilə 224 nəfər müraciət edib.

Mərkəzdən 1news.az-a bildirilib ki, müraciət edən 28 nəfərin vəziyyəti ağır olduğu üçün Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib, 196 nəfərə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Xəstəxanaya yerləşdirilən 28 nəfərdən 14-ü qadın, 11-i kişi, 3-ü isə uşaq olub. Onlardan 9-u dəm qazından, 10-u dərmandan, 4-ü sirkə turşusundan, 1-i allergiya səbəbindən və 4-ü qidadan zəhərlənib. Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən birinin (dəm qazından zəhərlənmə) həyatını xilas etmək mümkün olmayıb.

Paylaş:
288

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər