Dövlət Dram Teatrına məxsus avtomobildən oğurluq edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Dram Teatrına məxsus avtomobildən oğurluq edilib

S.Xankişiyeva11:36 - 29 / 03 / 2022
Dövlət Dram Teatrına məxsus avtomobildən oğurluq edilib

Dövlət Dram Teatrına məxsus avtomobildən oğurluq edilib.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə martın 26-da saat 18 radələrində S.Vurğun küçəsində Füzuli rayon Dövlət Dram Teatrına məxsus “Hyundai” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə içərisində 1 500 manat pul, sənədlər və bank kartı olan çantanın oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş G.Əsədov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Paylaş:
372

Son xəbərlər

Bütün xəbərlər